
10 mart 2026-cı il tarixdə Sədərək Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə Yeni Azərbaycan Partiyası Sədərək rayon təşkilatının inzibati binasında “Dövlətin müsbət imicinin təbliği’’ mövzusunda tədbir keçirilmişdir. Tədbirə başlamazdan əvvəl Ümummilli Lider Heydər Əliyevin və torpaqlarımızın azadlığı uğrunda canlarını qurban vermiş şəhidlərimizin əziz xatirəsi 1 dəqiqəlik sükutla yad edilmişdir. Tədbirdə İctimai-siyasi və humanitar məsələlər sektorunun müdiri İman Məmmədhəsənli, Yeni Azərbaycan Partiyası Sədərək rayon təşkilatının məsləhətçisi Rauf Nəcəfov, Tarix Diyarşünaslıq Muzeyinin əməkdaşı Cenu Məmmədova çıxış edərək qeyd etmişlər ki, dövlətimizin beynəlxalq aləmdə nüfuzunun artması onun siyasi sabitliyi, iqtisadi inkişafı və uğurlu xarici siyasəti ilə sıx bağlıdır. Güclü diplomatik əlaqələr, beynəlxalq təşkilatlarla səmərəli əməkdaşlıq və qlobal təşəbbüslərdə fəal iştirak dövlətimizin mövqeyini daha da möhkəmləndirir. Bu baxımdan Azərbaycan regionda və dünyada etibarlı tərəfdaş kimi tanınır, beynəlxalq layihələrdə fəal iştirak edir və sülhün, əməkdaşlığın təşviqinə öz töhfəsini verir. Dövlətimizin artan nüfuzu ölkəmizin gələcək inkişafı üçün mühüm zəmin yaradır. Bu gün dövlətin müsbət imicinin formalaşdırılmasında gənclər siyasətinin rolu xüsusi əhəmiyyət kəsb edir. Müasir dövrdə güclü dövlət yalnız iqtisadi inkişafla deyil, həm də savadlı, vətənpərvər və fəal gəncləri ilə tanınır. Gənclərin təhsilinə, məşğulluğuna və ictimai fəallığına göstərilən diqqət dövlətin gələcəyinin möhkəm əsaslar üzərində qurulduğunu göstərir. Bu baxımdan Azərbaycan gənclər siyasətini prioritet istiqamətlərdən biri kimi müəyyən etmiş, beynəlxalq əməkdaşlıqda fəal iştirak etməklə öz nüfuzunu daha da gücləndirmişdir. Dövlətin müsbət imici isə vətəndaşların birliyi, gənclərin potensialı və milli dəyərlərə sadiqlik üzərində formalaşır.