Sədərək Rayon İcra Hakimiyyəti və Sədərək Rayon Gənclər və İdman İdarəsinin birgə təşkilatçılığı ilə 5 Mart - Bədən Tərbiyəsi və İdman Günü ilə əlaqədar müəllim və muxtar respublikada, o cümlədən ölkə birinciliklərində yer tutan idmançılarla görüş keçirilmişdir. Tədbirdə çıxış edən rayon icra hakimiyyəti başçısının müavini, ərazi təşkilat və ictimai - siyasi məsələlər şöbəsinin müdiri Pərviz Ağayev idmançıları Bədən Tərbiyəsi və İdman Günü münasibətilə təbrik edib, onlara gələcək yarışlarda uğurlar arzulayıb. Bildirib ki, hər il 5 mart Azərbaycanda Bədən Tərbiyəsi və İdman Günü kimi qeyd olunur. Bu tarix Prezident İlham Əliyevin Bədən Tərbiyəsi və İdman Gününün təsis edilməsi ilə bağlı 4 mart 2005-ci il tarixli sərəncamına əsasən qeyd edilir. 5 mart 1995-ci ildə Ulu Öndər Heydər Əliyev Bakı İdman Sarayında dünya və Avropa çempionatlarının qalibləri və mükafatçıları ilə görüşüb, İdman Fondunu təsis edib. Bununla da ölkəmizdə bədən tərbiyəsi və idmanın inkişafında yeni strategiyanın təməli qoyulub.
Sədərək Rayon Gənclər və İdman İdarəsinin rəisi Polad Rzazadə çıxış edərək qeyd edib ki, 1997-ci ildən Milli Olimpiya Komitəsinə rəhbərlik edən Prezident İlham Əliyevin ardıcıl səyləri, uğurlu idman siyasəti nəticəsində Azərbaycan dünyanın qabaqcıl idman ölkəsinə çevrilib. Ölkəmizdə idmana, bədən tərbiyəsinə diqqət ildən-ilə daha da artır. Bu diqqət qayğının nəticəsi olaraq Sədərək rayonunun idmançıları da öz növbəsində müxtəlif idman növlərində ölkə və muxtar respublika birinciliklərində yüksək nəticələr göstəriblər. Belə ki, 2025-ci il və 2026-cı ilin ilk 2 ayı ərzində Azərbaycanda və muxtar respulikada keçirilən birincilik və yarışlarda iştiak edən rayon idmançıları 16 qızıl, 8 gümüş və 14 bürünc olmaqla 38 medal qazanmışdır. Tədbirin sonunda təşkilatçılar tərəfindən məşqçi - müəllim və idmançılara hədiyyələr və təşəkkürnamələr təqdim olunub.