Tədbir zamanı şəhidin məzarı ziyarət edilib, üzərinə tər güllər düzülüb, ruhuna dualar oxunub. Şəhidlər xiyabanına toplaşanlar Vətən uğrunda canından keçən igid oğullarımızın əziz xatirəsini bir dəqiqəlik sükutla yad ediblər. Qeyd olunub ki, torpaqlarımızın azadlığı və ölkəmizin ərazi bütövlüyü uğrunda şəhidlik zirvəsinə ucalan qəhrəmanlarımızın hər biri xalqımız üçün qürur mənbəyidir.
Çıxış edənlər şəhid Nadirli Ərtoğrul Hümbət oğlunun həyat və döyüş yolundan bəhs edərək onun göstərdiyi igidlik və şücaətin gənc nəsil üçün nümunə olduğunu vurğulayıblar. Bildirilib ki, Vətənə sevgi, torpağa bağlılıq və milli dəyərlərə sədaqət kimi ali keyfiyyətlər məhz belə qəhrəmanların timsalında daha aydın şəkildə təcəssüm edir.
Vurğulanıb ki, Azərbaycan xalqı öz şəhidlərini heç vaxt unutmur, onların xatirəsi daim uca tutulur və gələcək nəsillərə ötürülür.