
Sədərək Rayon İcra Hakimiyyətinin başçısı Qaraağac kəndində növbəti səyyar qəbulunu keçirib. Qəbulda rayon icra hakimiyyətinin məsul əməkdaşları iştirak ediblər. Səyyar qəbul zamanı kənd sakinlərinin sosial rifahının yaxşılaşdırılması, məşğulluq imkanlarının genişləndirilməsi, kənddaxili yolların vəziyyəti, içməli su təminatı və digər aktual məsələlərlə bağlı müraciətləri diqqətlə dinlənilib.
Vətəndaşların müraciətlərinin bir qismi mövcud qanunvericilik çərçivəsində yerindəcə həll olunub, əlavə araşdırma və vaxt tələb edən məsələlər isə müvafiq qurumlara tapşırılaraq icrasına nəzarətə götürülüb. Rayon icra hakimiyyətinin başçısı dövlət başçısının vətəndaş məmnunluğunun təmin edilməsi, əhalinin sosial problemlərinin həlli və yerlərdə operativ idarəetmənin təşkili ilə bağlı tapşırıqlarının daim diqqətdə saxlanıldığını vurğulayıb.


