Sədərək Rayon Mərkəzi Kitabxanasında 14 iyul 1969-cu il – "Azərbaycanın tərəqqi və Zəfər yolunun başlandığı tarix" mövzusunda tədbir keçirilib.

Əvvəlcə Ümummilli Lider Heydər Əliyevin və Azərbaycanın ərazi bütövlüyü uğrunda canlarından keçmiş şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Tədbirdə Sədərək Rayon İcra Hakimiyyətinin Ərazi-təşkilat məsələləri sektorunun böyük məsləhətçisi İbrahim Hənifəzadə, Sədərək Rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin direktoru Kəmalə Əliyeva və Anar Süleymanov çıxış edərək 1969-cu il 14 iyul tarixinin Azərbaycanın müasir inkişaf tarixində xüsusi əhəmiyyət daşıdığını vurğulayıblar. Bildirilib ki, həmin tarixdən etibarən Ulu Öndər Heydər Əliyevin rəhbərliyi ilə ölkəmizdə sosial-iqtisadi inkişafın, milli dövlətçilik ənənələrinin möhkəmləndirilməsinin və gələcək müstəqilliyin təməllərinin qoyulmasına başlanılıb.
Çıxışlarda qeyd olunub ki, Ulu Öndərin müəyyənləşdirdiyi inkişaf strategiyası bu gün Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Məhz bu siyasətin nəticəsində ölkəmiz hərtərəfli inkişaf edərək tarixi Zəfərə imza atıb və regionun aparıcı dövlətinə çevrilib.
Tədbir iştirakçıları Ümummilli Lider Heydər Əliyevin zəngin dövlətçilik irsinin gələcək nəsillərə çatdırılmasının vacibliyini qeyd edərək, onun ideyalarının Azərbaycanın davamlı inkişafının əsasını təşkil etdiyini bildiriblər.