İlk öncə tədbir iştirakçıları Ulu Öndərin Heydərabad qəsəbəsində yerləşən abidəsini ziyarət etmiş, abidə önünə gül dəstələri qoymuşlar.
Tədbirə başlamazdan əvvəl Ümummilli Lider Heydər Əliyevin, torpaqlarımızın azadlığı uğrunda canlarını qurban vermiş şəhidlərimizin əziz xatirəsi 1 dəqiqəlik sükutla yad edilmişdir. Tədbirdə Sədərək Rayon İcra Hakimiyyətinin başcısı Naim Cahidzadə çıxış edərək qeyd etmişdir ki, Heydər Əliyevin yenilməz iradəsi, uzaqgörənliyi, fədakarlığı onu bütün dünya azərbaycanlılarının lideri edib, ömür yolu doğma Vətənə xidmət nümunəsinə çevrilib. Bütün həyatını canından artıq sevdiyi xalqına, ölkəsinə həsr etmiş bu müdrik siyasi və dövlət xadimi tariximizdə müstəqilliyimizin memarı və qurucusu kimi yer tutub. Heydər Əliyev fenomeninə məxsus iti zəka, müdriklik, uzaqgörənlik və əzmkarlıq ona əvəzsiz ümummilli lider mövqeyi qazandırıb. Çoxşaxəli və zəngin fəaliyyəti, misilsiz insani keyfiyyətləri sayəsində o, zəmanəmizin əbədiyaşar dahisinə çevrilib. Azərbaycan xalqı haqlı olaraq Heydər Əliyev irsini müstəqilliyinin təminatçısı kimi qəbul edir. Qədirbilən xalqımız böyük xilaskarının xidmətlərini unutmur və 15 İyun - Milli Qurtuluş Gününü hər il yüksək əhval-ruhiyyə ilə qeyd edir.
Yeni Azərbaycan Partiyasının Sədərək rayon təşkilatının sədri Arif Qasımov, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin deputatı Mahir ismayılov və Sədərək kənd 2 nömrəli tam orta məktəbin müəllimi Nəzrin Vəliyeva tədbirdə Ulu Öndər Heydər Əliyevin siyasi fəaliyyəti ilə bağlı geniş məruzə ilə çıxış etmişlər.
Daha sonra Ulu Öndər Heydər Əliyevə həsr olunmuş videoçarxla, şeir qiraətilə və musiqi nömrələri ilə davam edib.