Sədərək Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə “Qalib xalqın qalib Lideri” mövzusunda tədbir keçirilmişdir

05 fevral 2026-cı il tarixdə Sədərək Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə Sədərək kənd İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəliyin inzibati binasında “Qalib xalqın qalib Lideri” mövzusunda tədbir keçirilmişdir. Tədbirə başlamazdan əvvəl Ümummilli Lider Heydər Əliyevin və torpaqlarımızın azadlığı uğrunda canlarını qurban vermiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilmişdir. Tədbirdə Sədərək Rayon İcra Hakimiyyətinin əməkdaşı Sahib Süleymanlı, Sədərək kənd Uşaq bağçasının müəllimi Songül Zamanzadə, Sədərək Rayon Mədəniyyət Sektorunun əməkdaşı Şəfiqə Abbasova çıxış edərək qeyd ediblər ki, tarixdə elə şəxsiyyətlər var ki, onların fəaliyyəti bütöv bir xalqın taleyi ilə sıx bağlı olur. Belə liderlər yalnız dövrün tələblərinə cavab vermir, eyni zamanda xalqının gələcəyini formalaşdırır. Azərbaycan xalqının müasir tarixində bu missiyanı yerinə yetirən lider prezident İlham Əliyevdir. Onun adı bu gün “Qalib xalqın qalib Lideri” kimi tarixə yazılıb. İlham Əliyevin rəhbərliyi dövründə Azərbaycan güclü, müstəqil və öz milli maraqlarını qətiyyətlə qoruyan dövlətə çevrilib. Dövlət idarəçiliyində ardıcıl siyasət milli maraqlara söykənən strategiya və xalqla sıx əlaqə onun liderlik üslubunun əsas xüsusiyyətləridir. Bu yanaşma cəmiyyətdə birliyi möhkəmləndirmiş xalq-lider vəhdətini daha da gücləndirmişdir. Qalib xalq anlayışı ilk növbədə öz liderinə inanan və onun ətrafında birləşən xalq deməkdir. İlham Əliyev bu etimadı konkret addımları və qərarları ilə qazanmışdır. Onun qətiyyəti prinsipial mövqeyi və uzaqgörən siyasəti Azərbaycanın beynəlxalq aləmdə nüfuzunun artmasına dövlətçiliyin möhkəmlənməsinə şərait yaradır. İlham Əliyev yalnız siyasi rəhbər deyil eyni zamanda milli ruhun daşıyıcısıdır. O, xalqın tarixi yaddaşını milli kimliyini və mənəvi dəyərlərini daim ön planda saxlayır.