
29 dekabr 2025-ci il tarixdə Sədərək Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə “31 dekabr - Dünya Azərbaycanlılarının Həmrəylik günü” və Yeni-2026-cı ilin gəlişi münasibətilə təntənəli ümumrayon tədbiri keçirilib.
Heydərabad qəsəbəsində keçirilən tədbirdə Sədərək Rayon İcra Hakimiyyətinin başçısı Naim Cahidzadə, Yeni Azərbaycan Partiyası Sədərək rayon təşkilatının sədri Arif Qasımov, rayonun hüquq-mühafizə orqanlarının və idarə, müəssisə və təşkilatların rəhbərləri, şəhid ailələri, Vətən müharibəsi iştirakçıları və rayon ictimaiyyəti iştirak edib.
Tədbir bədii hissə və Sədərək Rayon Mədəniyyət evinin və Sədərək Rayon Uşaq Musiqi Məktəbinin kollektivinin, eləcə də tanınmış sənətçilərin ifasında musiqi nömrələri səsləndirildi. Yeni ilin rəmzləri olan Şaxta Baba və Qar qız tədbirə xüsusi bayram əhval-ruhiyyəsi, maraq və rəngarənglik qatıb.
Sonda uşaqlara hazırlanan hədiyyələr təqdim olundu.









