Sədərək Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə 21 Avqust - 21 Sentyabr tarixlərini əhatə edən "Sülh aylığı" çərçivəsində “Tarixi Zəfərdən Əbədi Sülhə Gedən Yol” adlı tədbir keçirilib.

Tədbiri giriş sözü ilə açan Sədərək Rayon İcra Hakimiyyəti başçısı aparatının Hüquq və kadr məsələləri sektorunun müdiri Şərafəddin Şükürov çıxış edərək bildirib ki, Bu gün Azərbaycan müstəqil dövlət kimi öz ərazi bütövlüyünü və suverenliyini təmin edib. Bu reallıq ölkəmizin qarşısında yeni bir mərhələ – davamlı sülhün, təhlükəsizliyin və regional əməkdaşlığın möhkəmləndirilməsi mərhələsini açır. Tədbirdə Sədərək rayon Prokurorunun köməkçisi, 1-ci dərəcəli Hüquqşünas Rəmzi Həsənov və SHXÇDX-nin Sədərək rayon bölməsinin əməkdaşı Rəsul Əsgərli çıxış ediblər. Çıxışlarda Ulu Öndər Heydər Əliyevin müəyyən etdiyi dövlətçilik siyasətinin Azərbaycanın müstəqilliyinin və suverenliyinin möhkəmləndirilməsində mühüm rolu vurğulanıb. Bildirilib ki, Ulu Öndərin yaratdığı möhkəm dövlətçilik təməlləri Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən siyasət nəticəsində daha da gücləndirilib. Qeyd olunub ki, gənc nəsil sülhün, tolerantlığın, qarşılıqlı anlaşmanın və humanist dəyərlərin təbliğində fəal iştirak etməlidir. Sülh mədəniyyətinin formalaşmasında ailənin, məktəbin, ictimaiyyətin və dövlət qurumlarının da mühüm rolu vardır. Uşaqlarımıza və gənclərimizə münaqişələrin zorakılıq yolu ilə deyil, dialoq və qarşılıqlı anlaşma yolu ilə həll edilməsinin vacibliyini aşılamaq bizim ümumi vəzifəmizdir. Sülh həm də birgə qurulan gələcəkdir. Bu gün burada “Sülh aylığı” çərçivəsində bir araya gəlməyimiz də məhz bu məqsədə xidmət edir. Belə tədbirlər sülh ideyasının cəmiyyətdə daha geniş təbliğinə, insanlarda sülhə və həmrəyliyə bağlılığın gücləndirilməsinə mühüm töhfə verir. Əminik ki, sülhə çağırış yalnız bir aylıq tədbirlə məhdudlaşmamalı, gündəlik həyatımızın və dünyagörüşümüzün ayrılmaz hissəsinə çevrilməlidir. #SülhAylığı #PeaceMonth