Sədərək Rayon İcra Hakimiyyətinin başçısı üzümçülük təsərrüfatı ilə məşğul olan şəxslərlə səyyar görüş keçirib

Sədərək Rayon İcra Hakimiyyətinin başçısı Naim Cahidzadə Sədərək kənd sakini Yaqubov Əlinin üzümçülük təsərrüfatında kəndin üzüm təsərrüfatı ilə məşğul olan şəxslərlə səyyar görüş keçirib.
Görüş zamanı rayonumuzda üzümçülüyün inkişafı, mövcud üzüm sortlarının artırılması və keyfiyyətinin yüksəldilməsi istiqamətində görülən işlər, eləcə də bu sahənin aqrar potensialın gücləndirilməsində rolu barədə geniş müzakirələr aparılıb.
İcra başçısı fermerlərə bu istiqamətdə dövlətin dəstək mexanizmləri barədə məlumat verib və torpaqdan səmərəli istifadə ilə bağlı tövsiyələrini çatdırıb.