
Sədərək Rayon İcra Hakimiyyətinin başçısı Naim Cahidzadə rayon ərazisindəki Vətən müharibəsində şəhid olan qəhrəman övladları şəhid Sultanov Kamil Hüseyn oğlu və şəhid Vəliyev Şükür Məhərrəm oğlunun ailələrinə baş çəkib.
Şəhidlərimizin evlərinə gedən rayon rəhbəri Azərbaycanın suverenliyi uğrunda şəhid olan Sultanov Kamil Hüseyn oğlu və Vəliyev Şükür Məhərrəm oğluna Allahdan rəhmət, ailə üzvlərinə isə səbir diləyib.
Qeyd edib ki, vətənimizin bu mərd, cəsur övladları ali bir amal - Vətən torpaqlarının işğaldan azad edilməsi uğrunda döyüşərkən şəhidlik zirvəsinə ucalıblar. Şəhidlərin xatirəsi daim uca tutulur, şəhid ailələri isə dövlətin diqqət və qayğısı ilə əhatə olunublar. Naim Cahidzadə şəhid ailələrini narahat edən məsələlərlə də yerində maraqlanıb. Sədərək kəndindən olan şəhidlərimizin ailələri də onlara göstərilən diqqət və qayğıya görə ölkə başçısı, Müzəffər Ali Baş Komandan İlham Əliyevə minnətdarlıqlarını ifadə ediblər.
