Sədərək Rayon İcra Hakimiyyətinin başçısı Sədərək kəndində yerləşən bağ sahəsində haqqı ödənilən ictimai işlərdə çalışan vətəndaşlarla səyyar görüş keçirib.

Görüş zamanı ictimai işçilərin fəaliyyəti ilə maraqlanılıb, onların iş şəraiti yerində qiymətləndirilib.
Səyyar qəbul zamanı vətəndaşların müraciət və təklifləri dinlənilib, qaldırılan məsələlərin həlli istiqamətində aidiyyəti üzrə tapşırıqlar verilib. İcra başçısı bildirib ki, əhalinin məşğulluğunun təmin olunması, sosial rifahının yüksəldilməsi və ictimai işlərə cəlb olunan vətəndaşların iş şəraitinin yaxşılaşdırılması daim diqqət mərkəzində saxlanılır.
Görüş çərçivəsində bağ sahəsində aparılan aqrotexniki tədbirlər, abadlıq və bərpa işləri ilə də tanışlıq olub, işlərin mütəşəkkil qaydada davam etdirilməsinin vacibliyi vurğulanıb. İctimai işçilər göstərilən diqqətə görə minnətdarlıqlarını ifadə ediblər.