
Sədərək rayonunda növbəti səyyar görüş keçirilib.
Sədərək Rayon İcra Hakimiyyətinin başçısı Naim Cahidzadə Sədərək kəndində sakinlərlə səyyar qəbul keçirib.
Görüşdə Rayon İcra Hakimiyyətinin məsul şəxsləri, icra başçısının Sədərək kənd İnzibati Ərazi Dairəsi üzrə nümayəndəsi iştirak ediblər. Qəbula gələn vətəndaşlar Rayob İcra Hakimiyyətinin başçısı tərəfindən fərdi qaydada dinlənilib, onların səsləndirdikləri problemlərin qısa müddətdə həll olunması istiqamətində tədbirlər müəyyənləşdirilib. Müraciətlərdə qaldırılan məsələlərin bir qismi yerindəcə həll olunub, icrası vaxt və araşdırma tələb edən məsələlərlə bağlı aidiyyəti qurumların rəhbərlərinə müvafiq tapşırıqlar verilib və onların icrası nəzarətə götürülüb.
Qəbulda iştirak edən sakinlər onların qayğılarının öyrənilməsi, problemlərinin həll edilməsi məqsədi ilə yerlərdə təşkil olunan səyyar qəbullara görə ölkə rəhbərliyinə təşəkkür və minnətdarlıqlarını bildiriblər.



