Sədərək Rayon İcra Hakimiyyətinin başçısı Sədərək kənd sakinləri üçün səyyar qəbul keçirib

Əhalini narahat edən problemlərin yerində öyrənilməsi və birbaşa həlli məqsədilə Sədərək Rayon İcra Hakimiyyətinin başçısı Naim Cahidzadə Sədərək kənd sakinləri üçün səyyar qəbul keçirdib. Görüşdə rayon icra hakimiyyətinin məsul şəxsləri, kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyin əməkdaşları, kənd sakinləri iştirak ediblər.
İcra başçısı səyyar qəbulda iştirak edən sakinlərin müraciət, təklif və şikayətlərini dinləyib. Vətəndaşların müraciətləri əsasən küçə və məhəllədaxili yolların təmiri, kanalizasiya xəttindəki problemlərin aradan qaldırılması, küçələrin işıqlandırılması, işlə təmin olunma və digər sosial yönümlü məsələlərlə bağlı olmuşdur.
Müraciətlərdə qaldırılan məsələlərin bir qismi yerindəcə həll olunub, icrası vaxt və araşdırma tələb edən məsələlərlə bağlı müvafiq tapşırıqlar verilib və onların icrası nəzarətə götürülüb.
Görüşdə iştirak edən sakinlər müraciətlərinə diqqətlə və həssaslıqla yanaşılmasından məmnunluqlarını bildirərək onlara yaradılan şəraitə görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə və Naxçıvan Muxtar Respublikasının rəhbərliyinə minnətdarlıqlarını ifadə ediblər.