Sədərək Rayon İcra Hakimiyyətinin başçısı Qaraağac kəndində səyyar görüş keçirib

Sədərək Rayon İcra Hakimiyyətinin başçısı Naim Cahidzadə Qaraağac kəndində səyyar görüş keçirdib.
Dekabrın 3-də Sədərək Rayon İcra Hakimiyyətinin başçısı Naim Cahidzadə Qaraağac kənd inzibati ərazi dairəsi üzrə nümayəndəlikdə kənd sakinləri ilə görüşüb. Görüşdə Rayon İcra Hakimiyyəti aparatının məsul şəxsləri, kənd nümayəndəsi və kənd sakinləri iştirak ediblər.
Naim Cahidzadə çıxış edərək bildirib ki, ölkəmizdə son illər aparılan genişmiqyaslı sosial-iqtisadi islahatlar insanların rifah halının yüksəldilməsinə, regionların inkişafına və sosial müdafiə mexanizmlərinin gücləndirilməsinə yönəlib. Prezident cənab İlham Əliyevin rəhbərliyi altında reallaşdırılan kompleks tədbirlər nəticəsində həm sosial sahədə, həm də iqtisadi sektorun müxtəlif istiqamətlərində ciddi nailiyyətlər əldə olunmaqdadır. Səyyar görüşdə sakinlər tərəfindən yolların bərpası, sahibsiz heyvanların son dövrdə artması səbəbindən yaranan problemlər, eləcə də digər sosial məsələlərlə bağlı müraciətlər səsləndirilib.
Hər bir vətəndaşın müraciətini dinləyən rayon rəhbəri bəzi məsələlərin yerindəcə həlli üçün aidiyyəti qurumlara müvafiq tapşırıqlar verib.