Həsənov Murad Rzaqulu oğlu 44 günlük Vətən müharibəsində göstərdiyi şücaətə görə Azərbaycan Respublikasının müvafiq medalları ilə — “Xocavəndin azad olunmasına görə”, “Şücaətə görə”, “Şuşanın azad olunmasına görə” və “Vətən müharibəsi iştirakçısı” medalları ilə təltif olunub.
Toy mərasimində çıxış edən rayon rəhbəri gənc ailəni bu əlamətdar gün münasibətilə səmimi-qəlbdən təbrik edərək, onlara xoşbəxtlik, uzun ömür, ailə səadəti və firavan həyat arzulayıb.
Qeyd olunub ki, Vətənimizin ərazi bütövlüyü uğrunda qəhrəmanlıq göstərmiş igid oğullarımıza göstərilən diqqət və qayğı daim dövlət siyasətinin prioritet istiqamətlərindəndir.
Sonda gənc ailəyə xoş arzular çatdırılıb, xatirə şəkilləri çəkdirilib.