Qəbul zamanı kənd sakinlərinin müraciət və təklifləri dinlənilib, onları narahat edən sosial-məişət, kommunal xidmətlər, məşğulluq, torpaq münasibətləri və digər məsələlər ətrafında müzakirələr aparılıb.
Rayon rəhbəri vətəndaşlarla birbaşa ünsiyyətin dövlət-vətəndaş münasibətlərinin möhkəmləndirilməsində mühüm rol oynadığını vurğulayaraq, qaldırılan məsələlərin operativ araşdırılması və həlli istiqamətində aidiyyəti qurum rəhbərlərinə konkret tapşırıqlar verib.
Sakinlər göstərilən diqqətə görə minnətdarlıqlarını ifadə edərək, rayonun sosial-iqtisadi inkişafı istiqamətində həyata keçirilən ardıcıl tədbirləri yüksək qiymətləndiriblər.