Sədərək Rayon İcra Hakimiyyətinin başçısı Naim Cahidzadə sel və daşqın təhlükəsinin qarşısının alınması məqsədilə həyata keçirilən qabaqlayıcı tədbirlərlə yerində tanış olub.

Baxış zamanı ərazidə görülən işlərin mövcud vəziyyəti qiymətləndirilib və aparılan tədbirlərin əhəmiyyəti vurğulanıb.
Sədərək Su Meliorasiya Sistemləri İstismarı şöbəsinin müdiri görülən işlərin gedişi barədə ətraflı məlumat verərək bildirib ki, kanalların təmizlənməsi, su axınının tənzimlənməsi və mümkün risklərin minimuma endirilməsi istiqamətində müvafiq işlər davam etdirilir.
Rayon İcra Hakimiyyətinin başçısı mövcud vəziyyəti nəzərə alaraq, sel və daşqın təhlükəsinin qarşısının vaxtında alınması üçün aidiyyəti qurumlarla birlikdə təxirəsalınmaz tədbirlərin həyata keçirilməsini tapşırıb və işlərin operativ və keyfiyyətli şəkildə davam etdirilməsinin vacibliyini qeyd edib.