Görüş zamanı ictimai işçilərin əmək fəaliyyəti, mövcud şərait və qarşılaşdıqları çətinliklər yerində araşdırılıb.
İcra başçısı vətəndaşların müraciət və təkliflərini dinləyərək onların sosial rifahının yaxşılaşdırılması, əmək şəraitinin daha da təkmilləşdirilməsi istiqamətində müvafiq tapşırıqlar verib. Bildirilib ki, ictimai işlər proqramı əhalinin məşğulluğunun təmin olunmasında mühüm rol oynayır və bu sahəyə xüsusi diqqət göstərilir.
Səyyar görüş çərçivəsində bağ sahəsində aparılan işlərlə də tanışlıq olub, görülən işlərin keyfiyyəti və davamlılığı ilə bağlı müzakirələr aparılıb.