Görüş zamanı təhsil sahəsində həyata keçirilən islahatlar, müəllimlərin peşəkar inkişafı, sertifikatlaşdırma prosesinin təhsilin keyfiyyətinin yüksəldilməsində rolu və bu istiqamətdə qarşıda duran vəzifələr ətrafında geniş fikir mübadiləsi aparılıb. Rayon rəhbəri müəllim peşəsinin cəmiyyətin inkişafında mühüm rol oynadığını qeyd edərək, gənc nəslin bilikli, vətənpərvər və milli-mənəvi dəyərlərə bağlı yetişdirilməsində müəllim əməyinin xüsusi əhəmiyyət daşıdığını vurğulayıb.
Görüşdə Naxçıvan Muxtar Respublikası Ali Məclisinin deputatı Zeynəb Quliyeva da iştirak edib. Deputat çıxışı zamanı muxtar respublikada təhsil sahəsinə göstərilən diqqət və qayğıdan, müəllimlərin peşəkarlıq səviyyəsinin artırılması istiqamətində həyata keçirilən tədbirlərdən, sertifikatlaşdırma prosesinin təhsil sisteminin daha da inkişafına verəcəyi töhfələrdən bəhs edib.
Tədbirdə təhsil işçilərinin fikir və təklifləri dinlənilib, onları maraqlandıran suallar cavablandırılıb, sonda xatirə şəkli çəkdirilib.