Görüş zamanı rayon ərazisində taxıl biçini mövsümünün mütəşəkkil şəkildə aparılması, texnikaların vaxtında və səmərəli şəkildə sahələrə cəlb edilməsi, biçin prosesində yarana biləcək çətinliklərin operativ həlli məsələləri müzakirə olunub.
Naim Cahidzadə kənd təsərrüfatının rayon iqtisadiyyatında mühüm yer tutduğunu qeyd edərək, taxıl məhsulunun vaxtında və itkisiz yığılmasının əhəmiyyətini vurğulayıb. Bildirilib ki, kombayn sahibləri tərəfindən texnikaların saz vəziyyətdə saxlanılması, təhlükəsizlik qaydalarına riayət olunması və fermerlərlə qarşılıqlı əməkdaşlığın gücləndirilməsi biçin mövsümünün uğurla başa çatdırılmasına mühüm töhfə verəcəkdir.
Görüşdə kombayn sahiblərinin təklif və fikirləri dinlənilib, onları maraqlandıran məsələlər ətrafında fikir mübadiləsi aparılıb.