Görüşdə rayonun kənd təsərrüfatı sahəsində fəaliyyət göstərən fermer və məhsul istehsalçıları iştirak ediblər. Rayon İcra Hakimiyyətinin başçısı kənd təsərrüfatının inkişafının, məhsuldarlığın artırılmasının və fermerlərin fəaliyyətinin dəstəklənməsinin dövlət siyasətinin əsas istiqamətlərindən biri olduğunu bildirib.
Görüş zamanı kənd təsərrüfatı məhsulları istehsalçılarını maraqlandıran məsələlər dinlənilib, mövcud problemlər və onların həlli istiqamətində görüləcək tədbirlər müzakirə olunub. Fermerlər əkin sahələrinin su təminatı, texnika ilə təminat, subsidiya məsələləri və digər təkliflərini səsləndiriblər.
Sonda Sədərək Rayon İcra Hakimiyyətinin başçısı Naim Cahidzadə qaldırılan məsələlərin aidiyyəti qurumlarla birlikdə araşdırılacağını və həlli istiqamətində zəruri tədbirlərin görüləcəyini qeyd edib.