Sədərək Rayon İcra Hakimiyyətinin başçısı Heydərabad qəsəbəsində vətəndaş qəbul keçirib

Sədərək Rayon İcra Hakimiyyəti başçısının növbəti səyyar görüş-qəbulu Heydərabad qəsəbəsində keçirilmişdir
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırıq və tövsiyələrinə uyğun olaraq Sədərək rayonunda sakinləri narahat edən məsələləri yerində araşdırmaq və mövcud problemlərin aradan qaldırılması məqsədi ilə mütəmadi vətəndaşlarla səyyar görüş-qəbullar keçirilir.
Sədərək Rayon İcra Hakimiyyətinin başçısı Naim Cahidzadə növbəti səyyar görüş-qəbulu Heydərabad qəsəbə inzibati ərazi dairəsi üzrə nümayəndəliyində qəsəbə sakinləri ilə keçirilib. Görüşdə rayon İcra Hakimiyyətinin başçısı aparatının məsul işçiləri və qəsəbə nümayəndəliyi iştirak etmişlər.
Rayon İcra Hakimiyyətinin başçısı Naim Cahidzadə ölkəmizdə sosial-iqtisadi sahədə qazanılan uğurlardan, eləcə də Sədərək rayonunda aparılacaq tikinti-quruculuq, abadlıq işlərindən, əhalinin sosial problemlərinin həlli istiqamətində həyata keçirilən tədbirlərdən ətraflı məlumat vermişdir.
Səyyar qəbulda çıxış edənlər qəsəbədəki mövcud problemlərindən danışmışlar.
Görüşdə vətəndaşlar tərəfindən qaldırılan məsələlərin bir qismi yerindəcə öz həllini tapıb, digər məsələlərin həlli ilə bağlı rayon İcra Hakimiyyətinin başçısı aidiyyatı təşkilatların rəhbərlərinə müvafiq tapşırıq və göstərişlər vermişdir.