Sədərək Rayon İcra Hakimiyyətinin başçısı Heydərabad qəsəbəsində sakinlərlə növbəti səyyar qəbul keçirib.

Görüş zamanı sakinlərin müraciət və təklifləri dinlənilib, qəsəbənin sosial-iqtisadi vəziyyəti, mövcud problemlər və perspektiv planlar müzakirə olunub. Qeyd edilib ki, vətəndaş müraciətlərinin operativ və şəffaf şəkildə araşdırılması əsas vəzifələrdəndir.
Sakinlər tərəfindən əsasən məhəllədaxili yolların təmiri, su təchizatı, elektrik təsərrüfatının yenilənməsi, məşğulluq və sosial dəstək məsələləri qaldırılıb. Müraciətlərin bir hissəsi yerində həllini tapıb, digər məsələlərlə bağlı isə aidiyyəti qurumlara konkret tapşırıqlar verilib və icrası nəzarətə götürülüb.
Səyyar qəbulun sonunda bildirilib ki, vətəndaşlarla birbaşa təmasın gücləndirilməsi, yerlərdə mövcud problemlərin vaxtında həlli istiqamətində bu cür görüşlər mütəmadi davam etdiriləcəkdir.