
Sədərək Rayon İcra Hakimiyyətinin başçısı Heydərabad qəsəbəsində səyyar görüş keçirib.
Görüş zamanı qəsəbə sakinlərinin sosial-iqtisadi problemləri, məşğulluq, infrastrukturun yaxşılaşdırılması, kommunal xidmətlərin fəaliyyəti və əhalini narahat edən digər məsələlər diqqət mərkəzində olub. Sakinlər tərəfindən qaldırılan müraciət və təkliflər dinlənilib, onların bir qismi yerindəcə həll edilib, araşdırma tələb edən məsələlərlə bağlı isə aidiyyəti qurumlara müvafiq tapşırıqlar verilib.
Rayon İcra Hakimiyyətinin başçısı çıxışında qeyd edib ki, vətəndaşlarla birbaşa ünsiyyətin qurulması, onların problemlərinin operativ həlli dövlət siyasətinin əsas istiqamətlərindən biridir və bu cür səyyar görüşlər mütəmadi olaraq davam etdiriləcək.

