Sədərək Rayon İcra Hakimiyyətinin başçısı Dəmirçi kəndində kənd sakinləri ilə görüşüb

Sədərək Rayon İcra Hakimiyyətinin başçısı Naim Cahidzadənin səyyar görüşləri davam edir.
Sədərək Rayon İcra Hakimiyyətinin başçısı Naim Cahidzadə Dəmirçi kəndində kənd sakinləri ilə görüşüb.
Görüşdə Rayon İcra Hakimiyyəti başçısnın müavini və şöbə müdirləri, kənd nümayəndəsi və kənd sakinləri iştirak ediblər.
Rayon rəhbəri Naim Cahidzadə çıxış edərək ölkəmizdə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən uğurlu sosial-iqtisadi siyasətdən bəhs edib. Bildirib ki, son illər ərzində icra olunan genişmiqyaslı sosial layihələr və dövlət proqramları əhalinin rifah halının yaxşılaşdırılmasına, sosial təminatın gücləndirilməsinə və vətəndaşların həyat şəraitinin yüksəldilməsinə xidmət edir.
Səyyar görüş zamanı Dəmirçi kənd sakinləri müxtəlif məsələlərlə bağlı müraciətlərini və təkliflərini səsləndiriblər. Qaldırılan problemlərdən araşdırma tələb edən məsələlərlə bağlı aidiyyəti qurumlara konkret tapşırıqlar verilib və nəzarətə götürülüb.