
Sədərək Rayon İcra Hakimiyyətinin başçısı Naim Cahidzadənin səyyar görüşləri davam edir
Yanvarın 14-də Sədərək Rayon İcra Hakimiyyətinin başçısı Naim Cahidzadə Dəmirçi kənd sakinləri ilə görüşüb.
Görüşdə icra başçısının müavini və şöbə müdiri, kənd icra nümayəndəsi və kənd sakinləri iştirak ediblər.
Səyyar görüşdə sakinlər tərəfindən yolların asfaltlanması, sahibsiz heyvanların son dövrdə artması səbəbindən yaranan problemlər, eləcə də digər sosial məsələlərlə bağlı müraciətlər səsləndirilib.
Hər bir vətəndaşın müraciətini dinləyən rayon icra başçısı Naim Cahidzadə bəzi məsələlərin yerindəcə həlli üçün aidiyyəti qurumlara müvafiq tapşırıqlar verib.




