Sədərək Rayon İcra Hakimiyyətində “Hərbi vətənpərvərlik: Vətəndaşlıq borcumuz, konstitusion vəzifələrimiz və məsuliyyətimiz” mövzusunda maarifləndirici tədbir keçirilib.

Tədbirdə Sədərək Rayon İcra Hakimiyyəti başçısının müavini, Ərazi-təşkilat və ictimai-siyasi məsələlər şöbəsinin müdiri Pərviz Ağayev çıxış edərək hərbi vətənpərvərlik ruhunun gücləndirilməsinin, gənclərin dövlətə və Vətənə sədaqət ruhunda formalaşdırılmasının vacibliyini vurğulayıb. Naxçıvan Muxtar Respublikası Prokurorluğunun Hüquqi təminat və insan hüquqları məsələləri şöbəsinin rəisi, baş ədliyyə müşaviri Faiq Səfərov çıxışında hər bir vətəndaşın dövlət qarşısında müəyyən vəzifə və mənəvi məsuliyyət daşıdığını bildirib. O, bu vəzifələrin vətəndaşlıq borcunun və Konstitusiya ilə müəyyən edilmiş vəzifələrin əsasını təşkil etdiyini qeyd edib. Həmçinin vətəndaşların fəaliyyətinin hüquqauyğun xarakter daşımasının və cəmiyyətin mənafelərinə zərər vurmamasının vacibliyini vurğulayıb. Daha sonra polkovnik-leytenant Vüsal Əliyev, mayor Kənan Şirinov, Sənan Bədəlov və Elxan Babayev mövzu ilə bağlı çıxış ediblər. Çıxışlarda hərbi xidmətin vətəndaşlıq borcu kimi dərk edilməsi, gənclərin hərbi-vətənpərvərlik ruhunda tərbiyəsi və konstitusion vəzifələrin mahiyyəti barədə məlumat verilib.
Tədbir zamanı iştirakçıların sualları cavablandırılıb və mövzu ətrafında fikir mübadiləsi aparılıb.