Sədərək Rayon İcra Hakimiyyətində dövlət qulluqçularının etik davranış qaydalarına riayət olunması, vətəndaş məmnunluğunun artırılması və xidməti fəaliyyət zamanı şəffaflığın təmin edilməsi məqsədilə “Etik davranış qaydalarının məqsəd və prinsipləri” mövzusunda dəyirmi masa keçirilib.
Tədbirdə çıxış edən Sədərək Rayon İcra Hakimiyyəti başçısı aparatının Ərazi-təşkilat məsələləri sektorunun müdiri Əmrah Ərəbov etik davranış qaydalarının dövlət qulluğunda peşəkarlığın artırılması, dövlət orqanlarına ictimai etimadın möhkəmləndirilməsi və vətəndaşlarla münasibətlərdə qanunçuluq prinsiplərinin qorunması baxımından mühüm əhəmiyyət daşıdığını vurğulayıb. Qeyd olunub ki, dövlət qulluqçuları xidməti fəaliyyətlərində qanunvericiliyin tələblərinə uyğun davranmalı, obyektivlik, qərəzsizlik, şəffaflıq və məsuliyyət prinsiplərinə ciddi əməl etməlidirlər.
Dəyirmi masa zamanı etik davranış qaydalarının gündəlik fəaliyyət prosesində tətbiqi, xidməti intizamın gücləndirilməsi və dövlət qulluqçularının vətəndaşlarla ünsiyyət mədəniyyətinin təkmilləşdirilməsi ilə bağlı fikir mübadiləsi aparılıb, iştirakçıları maraqlandıran suallar cavablandırılıb.
Tədbirdə Sədərək rayonunda fəaliyyət göstərən dövlət qulluqçuları iştirak ediblər.