Tədbir iştirakçıları əvvəlcə Şərur rayon Şəhidlər xiyabanını ziyarət edərək Vətən uğrunda canlarından keçmiş şəhidlərimizin əziz xatirəsini dərin ehtiramla yad edib, məzarları üzərinə gül dəstələri düzüb, ruhlarına dualar oxuyublar. Daha sonra anım tədbiri Sədərək rayon Şəhidlər xiyabanında davam etdirilib, şəhidlərin əziz xatirəsi ehtiramla anılıb.
Tədbirdə Sədərək Rayon İcra Hakimiyyətinin başçısı Naim Cahidzadə, Yeni Azərbaycan Partiyası Sədərək rayon təşkilatının sədri Arif Qasımov, Naxçıvan Şəhid Ailələri İctimai Birliyinin sədri Mais Gülməmmədov, şəhid ataları Zamanov İmran, Abdullayev İlham və Vəlizadə Səməd çıxış edərək şəhidlərimizin keçdiyi şərəfli ömür yolundan, onların Vətən uğrunda göstərdikləri igidlik və qəhrəmanlıq nümunələrindən bəhs edib, şəhidlərimizin əziz xatirəsinin daim uca tutulacağını bildiriblər.
Tədbirin sonunda Sədərək kəndində yerləşən mərasim evində tədbir iştirakçıları və rayon sakinləri üçün ehsan süfrəsi təşkil olunub.