Tədbirə başlamazdan əvvəl Ümummilli Lider Heydər Əliyevin və torpaqlarımızın azadlığı uğrunda canlarını qurban vermiş şəhidlərimizin əziz xatirəsi 1 dəqiqəlik sükutla yad edilib. Tədbiri giriş sözü ilə açan Sədərək Rayon İcra Hakimiyyətinin başçısı aparatının ictimai-siyasi və humanitar məsələlər sektorunun müdiri İman Məmmədhəsənli çıxış edərək Beynəlxalq Gənclər Gününün əhəmiyyətindən danışıb. Həmçinin qeyd edib ki, Ümummilli Lider Heydər Əliyevin 1997-ci il 1 fevral tarixli Fərmanına əsasən 2 Fevral – Azərbaycan Gəncləri Günü elan edilib və bu qərar ölkəmizdə dövlət gənclər siyasətinin inkişafında mühüm rol oynayıb. Sədərək Rayon Gənclər və İdman İdarəsinin məsləhətçisi Fizuli Məhəmməd gənclərə göstərilən dövlət qayğısından və həyata keçirilən layihələrdən bəhs edib. Heydər Əliyevin əsasını qoyduğu gənclər siyasətinin Prezident İlham Əliyevin rəhbərliyi ilə uğurla davam etdirildiyi, gənclərin təhsil, idman və digər sahələrdə inkişafı üçün geniş imkanların yaradıldığını vurğulayıb. Tədbirdə çıxış edən İkinci Qarabağ müharibəsi iştirakçısı, Xüsusi Təyinatlı Qüvvələrin ehtiyyatda olan zabiti Turqay Məhərrəmov keçdiyi döyüş yolundan danışaraq gənclərə yaxşı təhsil almağı, daim öz üzərlərində çalışmağı, biliklərini artırmağı, ölkənin inkişafında fəal iştirak etməyi və dövlətə, cəmiyyətə faydalı vətəndaş olmağı tövsiyyə edib. Sonda çay süfrəsi ətrafında gənclərlə fikir mübadiləsi aparılmışdır.
