Tədbirdə Sədərək Rayon İcra Hakimiyyəti başçısı aparatının İctimai-siyasi və humanitar məsələlər sektorunun müdiri İman Məmmədhəsənli, Sədərək Rayon Gənclər və İdman İdarəsinin rəisi Polad Rzazadə, Sədərək Rayon Tarix-Diyarşünaslıq Muzeyinin direktoru Uğur Qədimov çıxış edərək qeyd ediblər ki, 27 Sentyabr – Anım Gününün təsis edilməsi şəhidlərimizin xatirəsinə göstərilən dövlət ehtiramının mühüm ifadəsidir. Azərbaycan Respublikası Prezidentinin 2 dekabr 2020-ci il tarixli Sərəncamı ilə sentyabrın 27-si ölkəmizdə Anım Günü kimi təsis edilib. Bu tarix hər il şəhidlərimizin əziz xatirəsinin yad edilməsi, onların qəhrəmanlığının gənc nəsillərə çatdırılması baxımından böyük əhəmiyyət daşıyır. Şəhidlərimizin xatirəsini yaşatmaq hər birimizin mənəvi borcudur. Xüsusilə gənc nəslin vətənpərvərlik ruhunda tərbiyə olunması böyük əhəmiyyət daşıyır. Gənclərimiz şəhidlərimizin həyat və döyüş yolunu bilməli, onların Vətən sevgisini öz həyatlarında nümunə götürməlidirlər. Bu baxımdan Anım Günü ilə əlaqədar keçirilən tədbirlər mühüm maarifləndirici əhəmiyyət daşıyır. Belə tədbirlər vasitəsilə şəhidlərimizin qəhrəmanlığı gənc nəsillərə çatdırılır, xalqımızın keçdiyi tarixi yol xatırlanır və Vətənə bağlılıq hissləri daha da möhkəmləndirilir.
Sonda “Şəhidlər” və “Zəfər Guşəsi”nə baxış keçirilib.