Sədərək Rayon İcra Hakimiyyəti başçısının Heydərabad qəsəbəsində keçirilən səyyar vətəndaş qəbulu

Sədərək Rayon İcra Hakimiyyətinin başçısı Naim Cahidzadə Heydərabad qəsəbəsində səyyar vətəndaş qəbulu keçirib.
Qəbul zamanı sakinlərin sosial, infrastruktur və digər vacib məsələlərlə bağlı müraciət və təklifləri dinlənildi. Qaldırılan məsələlərin bir qismi yerindəcə həll olundu, digərlərinin həlli ilə bağlı isə aidiyyəti qurumlara tapşırıqlar verildi.
Qəbulda iştirak edən vətəndaşlar rayon rəhbərliyini vətəndaşlarla birbaşa ünsiyyətə və problemlərin operativ həllinə xüsusi önəm verdiyi üçün təşəkkürlərini bildiriblər.