Sədərək Rayon İcra Hakimiyyəti başçısının Dəmirçi kəndində növbəti səyyar qəbulu təşkil olunub

Qəbulun əsas məqsədi kənd sakinlərinin müraciətlərini yerində dinləmək, mövcud problemləri birbaşa araşdırmaq və operativ həll mexanizmlərini müəyyənləşdirmək olub.
Qəbul zamanı vətəndaşlar tərəfindən əsasən yol təmiri, içməli su təminatı, məşğulluq, torpaq münasibətləri və sosial məsələlərlə bağlı müraciətlər səsləndirilib. Müraciətlərin bir qismi yerindəcə müvafiq izahat verilərək həll olunub, əlavə araşdırma tələb edən məsələlər isə nəzarətə götürülüb və aidiyyəti qurumlara tapşırıqlar verilib.