Sədərək Rayon İcra Hakimiyyəti başçısının birinci müavini, başçının səlahiyyətlərini müvəqqəti icra edən Yusif Seyidov 19.11.2026-cı il tarixdə Qaraağac kəndində sakinlərlə səyyar qəbul keçirəcək.

Qəbulda iştirak etmək istəyən vətəndaşlar 19 noyabr 2026-cı il tarixədək Qaraağac kənd İnzibati Ərazi dairəsi üzrə nümayəndəliyə müraciət etməklə qeydiyyatdan keçə bilərlər. Qəbul əvvəlcədən tərtib olunmuş qeydiyyat siyahısına əsasən həyata keçiriləcək.