Sədərək Rayon İcra Hakimiyyətinin başçısı Naim Cahidzadə tərəfindən Sədərək kəndində vətəndaşların növbəti səyyar qəbulu keçirilib.
Qəbul zamanı kənd sakinlərinin sosial-iqtisadi inkişaf, kommunal xidmətlər, kənd təsərrüfatı, məşğulluq və digər məsələlərlə bağlı müraciət və təklifləri dinlənilib. Vətəndaşlar tərəfindən qaldırılan məsələlərin bir qismi yerində həll olunub, araşdırılması tələb olunan müraciətlər isə aidiyyəti qurumlara tapşırılıb.
Naim Cahidzadə vətəndaş müraciətlərinə həssaslıqla yanaşılmasının vacibliyini vurğulayaraq, qaldırılan məsələlərin qanunvericiliyin tələblərinə uyğun və operativ şəkildə həll olunması üçün müvafiq tapşırıqlar verib.