Sədərək kəndində payızlıq əkinlər işlərinin gedişatı və aqrar subsidiyalarla bağlı görüş keçirilib

Sədərək Rayon İcra Hakimiyyəti başçısının birinci müavini, başçının səlahiyyətlərini müvəqqəti icra edən Yusif Seyidovun iştirakı ilə Sədərək kəndində əkinçilər və mexanizatorlarla görüş keçirilib. Görüşdə payızlıq əkinlərin vəziyyəti, aqrar sahədə həyata keçirilən yeniliklər və Aqrar Subsidiya Şurasının yeni qərarlarından irəli gələn tələblər müzakirə olunub. Fermerlərə dövlət subsidiyalarından yararlanma qaydaları və müvafiq şərtlər barədə məlumat verilib. Sonda iştirakçıların təklif və müraciətləri dinlənilib, qaldırılan məsələlər ətrafında fikir mübadiləsi aparılıb.