Sədərək kənd 1 nömrəli tam orta məktəbdə 15 Sentyabr – Bilik Günü münasibətilə tədbir keçirilib.

Tədbirdə məktəb kollektivi, şagirdlər və valideynlər iştirak ediblər. Çıxış edən Sədərək Rayon İcra Hakimiyyəti başçısının birinci müavini, başçının səlahiyyətlərini müvəqqəti icra edən Yusif Seyidov şagirdləri yeni tədris ili münasibətilə təbrik edib, onlara təhsildə yüksək nailiyyətlər, müəllimlərə isə məsuliyyətli və şərəfli fəaliyyətlərində uğurlar arzulayıb. Qeyd olunub ki, bilik və təhsil cəmiyyətin inkişafının əsas dayaqlarındandır. Gənc nəslin savadlı, vətənpərvər və dövlətinə layiqli vətəndaş kimi yetişdirilməsi qarşıda duran mühüm vəzifələrdəndir. Yeni tədris ilinin bütün şagirdlər üçün uğurlu və yaddaqalan olması arzulanıb.