Prezident İlham Əliyevin II Azərbaycan Beynəlxalq İnvestisiya Forumu çərçivəsində keçirilən tədbirdə çıxışı

Daxili ehtiyaclarımıza gəldikdə, mənim təsvir etdiklərimin hamısının daha geniş təsiri var. Daxili ehtiyaclarımıza gəldikdə, əlbəttə ki, prioritetlərdən biri ərzaq təhlükəsizliyidir. Çünki biz hələ iqlim dəyişikliyinin çətinliklərini hiss etmirik. Mən hər qış mövsümü xizək sürməyə gedirəm və dağlarımızdakı qarın eyni səviyyədə olduğunu görürəm. O, eyni səviyyədə qalır, ola bilsin, haradasa əriyir, lakin Azərbaycanda bu belə deyil. Beləliklə, biz iqlim dəyişikliyinin təsirinə hələ məruz qalmamışıq. Lakin su qıtlığı və bəzi digər amillər, əlbəttə ki, bizə ərzaq təhlükəsizliyi sahəsində daha çox işləri görməli olduğumuzu birmənalı şəkildə diktə edir. Bu ilin may ayında əsasən idxaldan asılılığı azaltmaq üçün dövlət proqramı qəbul olunmuşdur. Bilmirəm, belə toplantılarda kənd təsərrüfatı sahəsinə nə dərəcədə maraq var.Lakin hesab edirəm ki, burada da böyük potensial var, xüsusilə indi, müxtəlif amillərə - quraqlığa, dizelin çatışmazlığına və təchizat zənciri ilə bağlı olan digər problemlərə görə bəzi məhdudiyyətlərin olduğu zaman. Biz bəzi ölkələrin ərzaqla bağlı təhlükədə olacağı vəziyyəti istisna etmirik. Biz bu vəziyyətdən qaçmaq istəyirik. Beləliklə, fikrimcə, bu da yerli və xarici investorlar üçün cəlbedici sahə ola bilər.Ölkəmizin 96 faizi qazlaşdırılıb. Ölkə 100 faiz elektrik enerjisi, genişzolaqlı internetlə əhatə olunub və biz ixrac edirik.