Naxçıvan Muxtar Respublikasının kənd təsərrüfatı naziri Rafail Quliyev mayın 12-də Sədərək rayonunda vətəndaşları qəbul edib.

Qəbuldan əvvəl Sədərək Rayon İcra Hakimiyyətinin başçısı Naim Cahidzadə və Naxçıvan Muxtar Respublikasının kənd təsərrüfatı naziri Rafail Quliyev Ulu Öndər Heydər Əliyevin rayon mərkəzində ucalan büstünü ziyarət edib, önünə gül dəstələri qoyublar.
Qəbul zamanı fermerlərin mövcud problemləri və onları narahat edən məsələlər dinlənilib. Səsləndirilən məsələlərin həlli istiqamətində müvafiq tapşırıqlar verilib.