Naxçıvan Muxtar Respublikasının fövqəladə hallar naziri general-mayor Şahin Mirzəyev Sədərək rayon sakinlərini qəbul edəcəkdir.

05 mart 2026-cı il tarixində saat 11:00-da Naxçıvan Muxtar Respublikasının fövqəladə hallar naziri general-mayor Şahin Mirzəyev tərəfindən Sədərək rayon Dövlət Yanğından Mühafizə Hissəsinin inzibati binasında Sədərək rayon sakinlərinin qəbulu aparılacaq.
Qəbula gələn vətəndaşların qeydiyyatı 04 mart 2026-cı il tarixində saat 11:00-dan etibarən Sədərək rayon Dövlət Yanğından Mühafizə Hissəsinin inzibati binasında keçiriləcək.
Qəbulda və qeydiyyatda iştirak edəcək vətəndaşların şəxsiyyət vəsiqələri və digər müvafiq sənədlərlə gəlmələri xahiş olunur.
Qəbulda yalnız Fövqəladə Hallar Nazirliyinin səlahiyyətlərinə aid müraciətlərə baxılacaq.