Naxçıvan Muxtar Respublikasının ekologiya və təbii sərvətlər naziri Xanlar Mustafayev iyunun 25-də Sədərək rayonunda vətəndaşları qəbul edib.

Qəbuldan əvvəl Sədərək Rayon İcra Hakimiyyətinin başçısı Naim Cahidzadə və nazir Xanlar Mustafayev Ümummilli Lider Heydər Əliyevin rayon mərkəzində ucaldılan abidəsini ziyarət edərək abidə önünə gül dəstələri düzüblər.
Sədərək Rayon İcra Hakimiyyətinin inzibati binasında keçirilən qəbulda Nazirliyin müvafiq struktur bölmələrinin rəhbərləri də iştirak ediblər.
Qəbul zamanı vətəndaşların işlə təminolunma, yaşıllıqların götürülməsi, yer təkindən istifadə və digər məsələlərlə bağlı müraciətləri dinlənilib.
Müraciətlərin bir qismi yerindəcə həll olunub, digərlərinin isə qanunvericiliyə uyğun baxılması üçün aidiyyəti üzrə tapşırıqlar verilib.