
Sədərək Rayon İcra Hakimiyyətinin başçısı Naim Cahidzadə Sədərək kəndinin təsərrüfat sahibləri ilə görüşüb.
Naim Cahidzadə çıxışında qeyd edib ki, fermerlərlə görüşün təşkil olunmasında məqsəd kiçik və orta fermer təsərrüfatı sahiblərinin yetişdirdiyi, eləcə də yerli ərzaq məhsullarının satışına dəstək göstərmək, eyni zamanda kiçik və orta sahibkarlığın inkişafına, əhalinin məşğulluq səviyyəsinin artırılmasına və rəqabətqabiliyyətli kənd təsərrüfatı məhsullarının istehsalına şərait yaratmaqdır. Sədərəkdə aqrar sahənin inkişaf etdiyini, böyük həcmdə suvarılan əkin sahələrinin, taxıl və bostan əkinlərinin, eləcə də çoxsaylı heyvandarlıq təsərrüfatlarının olduğunu qeyd edib. Təsərrüfatlarda keçirilən görüşlər zamanı fermerlərə aqrar sahəyə dövlət maliyyə dəstəyi mexanizmləri barədə məlumat verilib, görülən işlər ətrafında fikir mübadiləsi aparılıb.



