
Sədərək Rayon İcra başçısının növbəti səyyar görüşü keçirilib
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin müvafiq tapşırıqlarına uyğun olaraq yerlərdə vətəndaş müraciətlərinə operativ baxılması, obyektiv araşdırılması və bu istiqamətdə vətəndaş məmnunluğunun təmin edilməsi məqsədilə Sədərək rayonunda Rayon İcra Hakimiyyəti başçısının səyyar görüşləri davam etdirilir.
Sədərək Rayon İcra Hakimiyyətinin başçısı Naim Cahidzadə Sədərək kənd sakinləri ilə görüşüb. Görüşdə RİHB-nin müavini və şöbə müdiri, kənd inzibati ərazi dairəsi üzrə nümayəndə və kənd sakinləri iştirak ediblər.
Sakinləri dinləyən Rayon İcra Hakimiyyətinin başçısı Naim Cahidzadə məsələlərin qısa zamanda qanunamüvafiq formada həlli istiqamətində aidiyyəti xidmət sahələrinin rəhbərlərinə və məsul şəxslərə müvafiq tapşırıqlar verib. Bir sıra məsələlər isə araşdırılaraq, həll edilməsi üçün qeydiyyata alınıb.
Kənd sakinləri göstərilən diqqət və qayğıya görə Prezident cənab İlham Əliyevə və Naxçıvan Muxtar Respublikasının rəhbərliyinə minnətdarlıqlarını ifadə ediblər.



