Naim Cahidzadənin Sədərək kəndində keçirilən növbəti səyyar görüşü.

Vətəndaşlarla birbaşa ünsiyyətin gücləndirilməsi, onların müraciət və təkliflərinin yerində dinlənilməsi məqsədilə Sədərək Rayon İcra Hakimiyyəti başçısının növbəti səyyar görüşü Sədərək kəndində təşkil olunmuşdur.
Tədbir zamanı kənd sakinləri tərəfindən müxtəlif sosial və məişət xarakterli məsələlər qaldırılmışdır. Müraciətlər əsasən kənd infrastrukturu, kommunal xidmətlərin yaxşılaşdırılması, məşğulluq və digər yerli əhəmiyyətli problemlərlə bağlı olmuşdur. Rayon rəhbəri vətəndaşların hər bir müraciətini diqqətlə dinləmiş, qaldırılan məsələlərin həlli istiqamətində aidiyyəti qurumlara müvafiq tapşırıqlar vermişdir.
Bəzi müraciətlər yerində araşdırılaraq operativ şəkildə həll edilmiş, əlavə araşdırma tələb edən məsələlər isə nəzarətə götürülmüşdür. Qeyd olunmuşdur ki, vətəndaşların müraciətlərinə həssas yanaşılması və onların problemlərinin vaxtında həlli dövlət siyasətinin əsas prioritet istiqamətlərindən biridir.