Naim Cahidzadənin növbəti səyyar görüşü Dəmirçi kəndində keçirilib.

Sədərək Rayon İcra Hakimiyyətinin başçısı tərəfindən növbəti səyyar görüş Dəmirçi kəndində yerləşən bağ sahəsində haqqı ödənilən ictimai işçilərlə keçirilib. Görüş zamanı bağ sahələrində aparılan mövsümi işlərin gedişi ilə tanışlıq olub, görülən işlərin keyfiyyətlə və vaxtında yerinə yetirilməsinin vacibliyi vurğulanıb. Bildirilib ki, ərazilərin abadlaşdırılması, yaşıllıq sahələrinin genişləndirilməsi və mövcud bağların qorunub saxlanılması istiqamətində həyata keçirilən tədbirlər rayonun ekoloji mühitinin yaxşılaşdırılmasına mühüm töhfə verir.
Səyyar görüşdə ictimai işçilərlə söhbət aparılıb, onların iş şəraiti və təklifləri dinlənilib. İşçilər tərəfindən qaldırılan məsələlərin operativ həlli üçün aidiyyəti üzrə tapşırıqlar verilib. Həmçinin bağ sahələrində aparılan bərpa işlərinin davamlılığının təmin olunması, tinglərə aqrotexniki qulluq qaydalarına riayət edilməsi və suvarmanın düzgün təşkil olunması diqqətə çatdırılıb.