
22 Dekabr 2025-ci il tarixində Sədərək Rayon İcra Hakimiyyətinin başçısı Naim Cahidzadə Həydərabad qəsəbəsində qəsəbə sakinləri ilə növbəti səyyar qəbul keçirib.
Səyyar qəbulda Rayon İcra Hakimiyyəti başçısının müavini, aparatın şöbə müdirləri, inzibati ərazi dairəsi üzrə nümayəndəliyi iştirak ediblər.
Səyyar qəbulda rayon sakinlərinin müxtəlif sahələrə dair müraciətləri dinlənilib, onları narahat edən məsələlərlə bağlı verilən suallar ətraflı cavablandırılıb. Rayon İcra Hakimiyyətinin başçısı sakinlər tərəfindən səsləndirilən problemlərin qısa zamanda aradan qaldırılması istiqamətində müvafiq tapşırıqlar verib və onların həlli nəzarətə götürülüb.



