"Mövcud tikinti obyektlərinin layihə və normativ sənədlərə uyğunluğunun yoxlanılması və təyinatı üzrə fəaliyyətinin təşkil edilməsi" mövzusunda keçirilən tədbir.

13 mart 2026-cı il tarixdə Sədərək Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə Sədərək kənd İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəliyin inzibati binasında "Mövcud tikinti obyektlərinin layihə və normativ sənədlərə uyğunluğunun yoxlanılması və təyinatı üzrə fəaliyyətinin təşkil edilməsi" mövzusunda maarifləndirici tədbir keçirilmişdir. Tədbirə başlamazdan əvvəl Ümummilli Lider Heydər Əliyevin və torpaqlarımızın azadlığı uğrunda canlarını qurban vermiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilmişdir. Daha sonra, Memarlıq-tikinti məsələləri sektorunun müdiri Vüqar Süleymanov çıxış edərək şəhərsalma nəzarətinin əsas norma və qaydalarına uyğun olaraq obyektlərin təyinatı üzrə fəaliyətinin təşkil edilməsi istiqamətində görülən və görülməsi nəzərdə tutulan tədbirlər barədə iştirakçılara ətraflı məlumat vermişdir. Şəhərsalma və tikinti sahəsində qanunvericiliyin tələblərinə ciddi riayət edilməsinin vacibliyi xüsusi vurğulanmışdır.