Konstitusiya və Suverenlik ili çərçivəsində "12 Noyabr- Azərbaycan Respublikasının Konstitusiya Günü" ilə bağlı tədbir keçirilib

Sədərək rayonunda Konstitusiya və Suverenlik ili çərçivəsində "12 Noyabr- Azərbaycan Respublikasının Konstitusiya Günü" ilə bağlı tədbir keçirilib.
Tədbirə başlamazdan əvvəl Ulu Öndər Heydər Əliyevin və torpaqlarımızın azadlıqları uğrunda canlarını qurban etmiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilmişdir.
Tədbir rayonda fəaliyyət göstərən dövlət təşkilatların rəhbərləri, rayon ictimaiyyətinin nümayəndələri və rayon icra hakimiyyəti aparatı əməkdaşlarının iştirakı ilə keçirilib. Tədbirdə
çıxış edən Sədərək Rayon İcra Hakimiyyətinin başçısı Naim Cahidzadə Azərbaycan Konstitusiyasının qəbul olunmasının 30 illiyi münasibəti ilə tədbir iştirakçılarını təbrik edərək, Ümummilli Lider Heydər Əliyevin müəllifi olduğu müstəqil Azərbaycan Respublikasının ilk konstitusiyanın qəbul olunmasının müstəqillik tariximizin ən mühüm hadisələrindən biri olduğunu bildirib. Rayon İcra Hakimiyyətinin başçısı çıxışında həmçinin bü gün bütöv və suveren ölkəmizin hər bir bölgəsində Konstitusiya quruluşunun tam təmin olunduğunu, cəmiyyətimizin inkişafında, hüquq və azadlıqların qorunmasında əsas qanun olaraq rolundan geniş söhbət açıb.
Sədərək Rayon prokuroru Ramiz Novruzov tədbirdə çıxış edərək xalqın tələbi ilə Ulu Öndərin yenidən hakimiyyətə gəlişindən sonra müstəqil dövlətimizin əsas qanununun qəbul olunmasındaki xidmətlərindən, bu gün Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin cəmiyyətimizin inkişafı naminə bu istiqamətdə apardığı uğurlu islahatlardan bəhs etmiş, 2025-ci ilin “Konstitusiya və Suverenlik ili” elan olunmasının əhəmiyyətini diqqətə çatdırıb.
Daha sonra Dəmirçi kənd tam orta məktəbin tarix müəllimi Teymur Abbasov çıxış edərək müstəqil Azərbaycanın ilk Konstitusiyasının qəbul olunmasının tarixi əhəmiyyətindən, 44 günlük Vətən Müharibəsində qazanılan şanlı qələbədən, ölkəmizin ərazi bütövlüyünün və suverenliyinin tam təmin olunmasından danışıb.