Heydərabad qəsəbəsində sosial və haqqı ödənilən ictimai işçilər ilə səyyar görüş keçirib.

Sədərək Rayon İcra Hakimiyyətinin başçısı Naim Cahidzadə Heydərabad qəsəbəsində sosial və haqqı ödənilən ictimai işçilər ilə səyyar görüş keçirib.
Sədərək Rayon İcra Hakimiyyətinin başçısı Naim Cahidzadə çıxış edərək bildirdi ki, müxtəlif sahələr üzrə hər həftə Sədərək Rayon İcra Hakimiyyəti tərəfindən səyyar qəbullar keçirilir. Səyyar qəbulların keçirilməsində əsas məqsəd müəyyən səbəblərdən qəbula gələ bilməyən, problemini, təklifini rayon rəhbərliyinə çatdıra bilməyən hər hansı bir dövlət müəssisəsində çalışanların, müəyyən peşə sahiblərinin və vətəndaşların rayon rəhbərliyinə əlçatanlığını asanlaşdırmaqdır. Bu gün də Heydərabad qəsəbəsində ki bağ sahələrinə qulluq üçün ayrılmış sosial və haqqı ödənilən ictimai işçilər ilə səyyar görüşün keçirilməsində məqsəd rayon ərazisində aparılan yaşıllaşdırma işlərinə diqqətin daha da artırılması, mövcud yaşıllıqların qorunması, vaxtında aqrotexniki qulluğun göstərilməsi, yeni yaşıllıq sahələrinin yaradılmasıdır. Eyni zamanda yaşıllıqlara qulluq zamanı suvarma işlərində suya qənaət etməklə mövcud yaşıllıqların hər birinə daim suyu çatdırmaqdır. Mövcud şəraitdə sudan səmərəli istifadə edərək ağacların hər birinə düzgün sulamalı, lazımi yerlərə damcı üsulu ilə suvarma sisteminin çəkilməsi, ağaclara su aparan kanalların və ara arxlarının təmizlənərək su götürmə potensialı artırılmalıdır. Ağaclara aqrotexniki qulluq göstərilməsi, təmizlik və səliqə-sahman işlərinin görülməsi ekoloji tarazlıqla yanaşı, həm də insan sağlamlığının qorunması deməkdir. Bütün ölkə boyu yaşıllıq zolaqlarının salınması, yeni nəsil ağacların əkilməsi həm ekoloji vəziyyətin düzəlməsinə xidmət edir, həm də göz oxşayır. Yaşıllıqların qorunması hər bir vətəndaşın borcudur. İcra başçısı işçilərə lazımi göstəriş və tapşırıqlarını verib.
Ödənişli ictimai işlərə cəlb olunan işçilər də rayon ərazisində yeni iş yerlərinin yaradılması və onların da işlə təmin olunduqları üçün cənab Prezidentə öz minnətdarlıqlarını bildiriblər.